Norveç yığmasında millimizlə oyun öncəsi ciddi itki
Futbol üzrə Norveç yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyun öncəsi ciddi itki ilə üzləşib. Komandanın yarımmüdafiəçisi Hovard Nordtveyt sıradan çıxıb.

Zədəsi ağır olan futbolçunun millimizlə görüşü buraxacağı dəqiqləşib. Nordtveyt San Marino ilə görüşdə də iştirak edə bilməyəcəyinə görə, millidən kənarlaşdırılıb və onun yrinə "Molde"nin orta sahə oyunçusu Ruben Qabrielson çağırılıb.

Qeyd edək ki, Azərbaycan - Norveç matçı oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Xəbər 762 dəfə oxundu.