Millimiz 10-cu pillədə
Futzal üzrə yığma komandaların yeni dünya reytinqi açıqlanıb. Azərbaycan yığması Kolumbiyadakı dünya çempionatında uğurlu çıxışından sonra siyahıda 10-cu pillədə qərarlaşıb.

Komandamızın hesabında 1435 reytinq xalı var.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2016-nın 1/4 finalında mübarizəni dayandırmışdı.

Xəbər 647 dəfə oxundu.