F1: Serxio Peres 2017-ci ildə də “Force India”nın uğurları üçün çalışacaq
Serxio Peres Formula 1 yarışlarının 2017-ci il mövsümünü də “Force İndia” komandasının heyətində keçirəcək.

İdman.com.az “F-1.az” saytına istinadla xəbər verir ki, komanda ilə Peres aralarındakı bütün mübahisəli məsələləri həll ediblər.

Serxio Peres deyib: “Mən gələn il də “Force İndia”da çıxış edəcəyimi bildirməyə çox şadam. Komanda və mənim sponsorlarım razılıq əldə ediblər, bu kollektivdə özümü rahat hiss edirəm və gələcəyə böyük nikbinliklə baxıram. Son iki ildə komanda ciddi inkişaf edib və bizim birlikdə uğur qazanmağa böyük potensialımız var. Komanda məni yaxşı tanıyır, onlar üçün stabillik vacibdir”.

O əlavə edib ki, cari mövsümün sonunu və qarşıdakı mövsümü böyük ruh yüksəkliyi ilə gözləyir. “Komanda mənə inanır və mən əlimdən gələn edəcəyəm ki, qazandığım xallarla, podiumlarla, qələbələrlə onlara olan borcumu qaytarım. Mən meksikalı tərəfdaşlarıma, xüsusilə də məni gənc yaşlarımdan dəstəkləyən “Telmex” və “Telcel” şirkətlərinə təşəkkür edirəm. Onlar bu gün də mənim karyeramda vacib rol oynayırlar”, - deyə Peres bildirib.

Xəbər 673 dəfə oxundu.