Samboçularımız Rumıniyada güclərini sınayacaqlar
Oktyabrın 6-dan 10-dək Rumıniyanın Ployeşti şəhərində yeniyetmələr və gənclər arasında sambo üzrə dünya birinciliyi keçiriləcək.

Çempionatda yeniyetmələrin mübarizəsində ölkəmizi Əliş Yusifov (48 kq), Murad Əliyev (52 kq), Yaşar Nəcəfov (56 kq), Fuad Məmmədov (60 kq), Bahadur Əsgərov (65 kq), Aydın Ələkbərov (70 kq) və Əli Nəzərli (75 kq) təmsil edəcəklər.

Gənclərin yarışında isə Yusif Nəbiyev (62 kq) və Röyal Zeynalov (82 kq) birincilik uğrunda mübarizə aparacaq.

Milli komandamız turnirdə baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında yarışacaq.

Xəbər 2064 dəfə oxundu.