Qəbələ Qarabağla üz-üzə gələcək
Bu gün Topaz Premyer Liqasında 7-ci tura yekun vurulacaq. Son oyun günündə bir görüş baş tutacaq.

Turun qapanış, eyni zamanda mərkəzi oyununda lider “Qəbələ” doğma meydanda son çempion “Qarabağ”la münasibətlərinə aydınlıq gətirəcək. Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən iki klubun öz aralarındakı dueli böyük maraqla gözlənilir.

Topaz Premyer Liqası
7-ci tur
2 oktyabr (bazar)

19:00. “Qəbələ” - “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev.
Qəbələ şəhər stadionu.

Turun digər oyunları: “İnter” – “Zirə” - 1:1, “Sumqayıt” – AZAL - 1:1, “Neftçi” – “Kəpəz” - 2:0.

Xəbər 785 dəfə oxundu.