“Avropa Şəhərciyi-2016” festivalında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti də təmsil olunacaq
Oktyabrın 1-də Dənizkənarı Milli Parkda təşkil olunacaq “Avropa Şəhərciyi-2016” festivalı çərçivəsində Formula-1 Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti də təmsil olunacaq.

Bu il Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və İttifaqa üzv ölkələrin Bakıdakı səfirlikləri mövcud əməkdaşlığın 25 illiyini bir neçə tədbirlə qeyd edirlər.

Formula-1 tərzində qurulmuş stenddə simulyator oyunlarından istifadə edən ziyarətçilər yarışlardakı sürəti və həyəcanı hiss edəcəklər. Həmçinin məkanda bu il təşkil olunan Avropa Qran-prisi ilə bağlı məlumatlandırıcı vəsaitlər ziyarətçilərə təqdim olunacaq.

Xəbər 747 dəfə oxundu.