Mira Qoluboviç: «Sadəcə, pis oynadıq»
Qadınlar arasında Avropa Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk görüşündə evdə «Fənərbağça»ya uduzan son ölkə çempionumuz «Rabitə», hazırda toparlanmağa çalışır. Super Liqanın potensial liderinin aparıcı voleybolçusu Mira Qoluboviç idman.com.az saytna verdiyi açıqlamasında etiraf edib ki, həmin gün həqiqətən də pis oynayıblar:

«Sadəcə, pis oyun nümayiş etdirdik. Amma bilirik ki, yaxşı çıxış edə bilərik. Yəni, şansımız var, hazırlaşırıq. Hələ heç nə bitməyib. Her şey cavab matçında bəlli olacaq. «Dördlər» finalına adlamağa ümidim itməyib».

Xəbər 1057 dəfə oxundu.