Azərbaycan yığmasından 5 pilləlik sıçrayış
FİFA çimərlik futbol üzrə dünya yığmalarının yeni reytinq cədvəlini açıqlayıb. Qatıldığı son turnirlərdə uğurlu çıxış edən Azərbaycan yığması reytinq siyahısındakı mövqeyini yaxşılaşdırıb.

Belə ki, millimiz hazırda 371 reytinq xalı ilə 33-cü pillədə qərarlaşıb. Avropa ölkələri arasında bu göstərici 14-cüdür.

İlk üçlükdə Portuqaliya (3568), Rusiya (3169) və İtaliya (2100) qərarlaşıb.

Xəbər 659 dəfə oxundu.