Hokkey üzrə Kanada yığması altıncı dəfə dünya kubokunun qalibi olub
Hokkey üzrə Kanada yığması tarixində ardıcıl iki, ümumilikdə altıncı dəfə dünya kubokunun qalibi olub.

Kanada, həmçinin hokkey tarixində yeni səhifə açmağı bacarıb. Yığma eyni vaxtda üç titulu - Olimpiya, dünya çempionatı və eləcə də 2016-cı il dünya kubokunu qazanaraq bu nailiyyətə imza atıb.

Kanadalı hokkeyçilər dünya kubokunun final mərhələsinin hər iki oyununda Avropa yığmasını məğlubiyyətə uğradıblar (3:1, 2:1).

Xəbər 2077 dəfə oxundu.