Lökbatanda məhəllələrarası mini-futbol turnirinə yekun vurulub
Lökbatan qəsəbəsində yerləşən Təlim–İdman Bazasında Azərbaycan Respublikasının Milli Qəhrəmanı C.Niftəliyevin xatirəsinə həsr olunmuş Qaradağ rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilib.

2005-2006-cı il təvəllüdlü uşaqlar arasında keçirilən yarışda 12 komanda iştirak edib.

Yarışda “Qaradağ” komandası birinci olub. “Sahil” gümüş, “Lökbatan” komandası isə bürünc medal qazanıblar.

Tədbirin sonunda mükafatçı komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medallar və kubok verilib.

Xəbər 764 dəfə oxundu.