Rusiya və Argentina futzalçıları dünya çempionatının finalında
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının finalçıları müəyyənləşib.

Bu, yarımfinalda Portuqaliyaya 5:2 hesabı ilə qalib gələn Argentina millisidir.

Həlledici görüşdə cənubi amerikalıların rəqibi Rusiya olacaq. Qarşılaşma oktyabrın 1-də Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Qeyd edək ki, Portuqaliya dörddəbir finalda Azərbaycan yığmasını, Rusiya isə yarımfinalda İrandan üstün olub. Üçüncü yer uğrunda görüşdə Portuqaliya ilə İran milliləri üz-üzə gələcək.

Xəbər 569 dəfə oxundu.