Bakı yarışı ərəfəsində Red Bull Soapbox Race Rumıniyada keçirildi
Red Bull Soapbox Race – bu payızın ən çılğın yarışına iki həftədən az vaxt qalıb. Yerli komandalar son hazırlıqlarını tamamlayarkən Red Bull Soapbox Race Rumıniyada öz qaliblərini tapıb. Qələbə uğrunda Buxarestdə düz 40 yaradıcı arabalar yarışıb mübarizə apardı. 400 metrlik trassda ən yaxşı vaxt 42 saniyə oldu, ən zəyif komanda isə bu yolu 2 dəqiqə 33 saniyəyə keçdi. Görək Bakıdakı yarış hansı rekordlarla yadda qalacaq.

Xatırladaq ki ən çılğın kreativ arabalar festivalı Red Bull Soapbox Race Bakıda 9 oktyabr 12:00-da Həsənoğlu küçəsində (Heydər Əliyev Mərkəzinin yanı) keçiriləçək. Giriş sərbəstdir.

Bakıdakı yarışın qaliblərini dəyərli hədiyyələr gözləyir. Belə ki birinci yerin sahibi Abu-Dabidə keçiriləcək Red Bull Air Race tədbirinə göndəriləcək, ikinci yer – Avstriyadaki Hangar 7-də (Red Bull-un muzeyi) gəzmək şansı qazanacaq və üçüncü yerin sahibi Bakıda yaxtada möhtəşəm bir əyləncə gecəsinin sahibi olacaq.

Bakı yarışında iştirak edəcək komandalarda birinin, "Crazy Dent"-in kapitanı Toğrul Abdullayev bildirib: "Red Bull Soapbox Race tədbirləri həmişə çox əla keçir və Rumıniya yarışı istisna olmadı. Amma biz inanırıq ki, Bakı yarışı ondanda əyləncəli, parlaq və rəngarəng olacaq. Bir sözlə, inanırıq ki bizim şəhərimiz ən irəlidə olacaq".



Red Bull Soapbox Race – dünyanın ən əyləncəli və yaradıcı yarışmasıdır. Komandalar öz əldəqayırma dörd təkərli arabaları ilə iştirak edir. Həmən arabalar heç bir mühərrik olmadan, tək insanın fiziki gücü ilə hərəkətə gətirilirlər. Yarışmanın münsiflər heyəti, iştirakçıları iki meyara əsasən qiymətləndirirlər: yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər. Üçüncü meyar isə, arabanın finişə qədər bütün maneələrin öhdəsindən gələrək çatdığı vaxtdır. 2000-ci ildən Brüsseldə ilk yarışmadan sonra bu günə qədər 100-dən çox ölkədə Red Bull Soapbox Race yarışmaları keçirilib və hər ölkədə on minlərlə azarkeş toplayıb.

Xəbər 686 dəfə oxundu.