Azərbaycan Olimpiya Hərəkatı və idmanın təbliğinə dəstək olaq
Azərbaycanda Olimpiya Hərəkatı, idmanın təbliği və kütləviliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi il ərzində müxtəlif tədbirlər təşkil edir.

Rio de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında

Azərbaycan idmançılarının uğurlu çıxışlarına, Bakıda Ümumdünya

Şahmat Olimpiyadasının yüksək səviyyədə təşkilinə və 2017-ci ildəki

IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş şahmat yarışı bu qəbildən olan tədbirlərdən biridir.

Bulvar ərazisində keçiriləcək yarış, fikrimizcə, idmanın kütləviliynin artırılması baxımından daha əhəmiyyətli olacaq.

Deyilənləri nəzərə alaraq, bu ilin 01-02 oktyabr tarixində Dənizkənarı Milli Parkda qeyri-peşəkarlar arasında şahmat turniri keçiriləcək.

Turnirin sonunda estrada ulduzlarının çıxışı və qaliblərin təltifolunma mərasimi keçiriləcək.

Xəbər 863 dəfə oxundu.