«Ay-ulduzlular»ımız qələbə hesabını qoruya bilmədi
Bu gün Azərbaycan milli komandası 2012-ci ildə ilk matçını keçirib. İdman.com.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan Berti Foqtsun rəhbərlik etdiyi komandası, sinqapurlu həmkarları ilə qarşılaşıblar. Tarixində ilk dəfə bu rəqiblə üz-üzə gələn «ay-ulduzlular»ımız oyunu uğurlu alınıb.

İlk hissədə «Qarabağ»ın hücumçusu Rauf Əliyev fərqlənib. Nizamlı futbol nümayiş etdirən millimiz növbəti yarıda yenə qol vurub. Komanda yoldaşına qarşı hakim tərəfindən rəqib qapısına təyin olunmuş cərimə zərbəsini «Qəbələ»nin müdafiəçisi Mahir Şükürov dəqiq yerinə yetirib. Sinqapur yığmasının vurduğu ilk top 11-metrlik cərimə zərbəsindən reallaşıb. Rəqibin bərabərlik qolu matçın son dəqiqəsində baş verib. Qəfil hücumda Süleyman fərqlənib.

Yoxlama matçı
24 fevral

Azərbaycan – Sinqapur - 2:2
Qol: Rauf Əliyev, 15, Mahir Şükürov, 62 - Şaydju Əsah, 72 (pen), Şahdan Süleyman, 90+2
Baş hakim: Fahed Əlksura (Birləşmiş Ərəb Əmirlikləri)
Hakim-köməkçiləri: Həsən Suqrəti, Yasem Əlali, İbrahim Məhari (hamısı Birləşmiş Ərəb Əmirlikləri)
Dubay (BƏƏ). “The Sevens” stadionu

Xəbər 917 dəfə oxundu.