Ukraynada Neftçinin fan-klubu yaradıldı
Ukraynada “Neftçi” PFK-nın fan-klubu yaradılıb. Layihənin məqsədi Ukraynadakı soydaşlarımızın daha sıx vəhdətdə olması və həmyerlilərimizin bir araya gəlməsi üçün əlavə strukturun yaradılmasıdır.

“Neftçi”nin Ukrayna fan-klubunun prezidenti vəzifəsinə “Azərbaycan-Ukrayna” beynəlxalq ittifaqının sədri Elmar Məmmədov seçilib. “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev tərəfindən fan-klub rəhbərliyinə Ukraynada klubumuzun brendindən istifadə edilməsi haqda icazə məktubu göndərilib.

Xəbər 732 dəfə oxundu.