UEFA prezidenti “Qəbələ” – “Maynts” oyununu izləyəcək
UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının “Qəbələ” – “Maynts” (Almaniya) oyununu izləyəcək.

A. Çeferin sentyabrın 30-da keçiriləcək “Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasimində iştirak edəcək. Tədbirdən bir gün əvvəl isə paytaxtımızda qonaq olacaq qitə futbol qurumunun rəhbəri 8-ci km qəsəbə stadionunda keçiriləcək “C” qrupunun görüşünü tamaşa edəcək.

Xəbər 783 dəfə oxundu.