Bədii Gimnastika üzrə Qran-pridə ən yaxşı təmsilçimiz Jalə Piriyeva oldu
Sentyabrın 23-24-də İsrailin Eylat şəhərində Bədii Gimnastika üzrə Qran-pri yarışları keçirilib. Böyüklər proqramı üzrə bu ildən çıxış edən Jalə Piriyeva Azərbaycanı bu yarışda uğurla təmsil edərək, top və lentlə hərəkətlərdə finala vəsiqə qazanıb.

Finalda Jalə topla 5-ci, lentlə hərəkətlərdə isə 6-cı yerdə qərarlaşıb.

Xəbər 639 dəfə oxundu.