İ.Ə.Zəkiyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə İlham Əzizağa oğlu Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 21 sentyabr 2016-cı il. |
|
Xəbər 2071 dəfə oxundu. |
|
|