Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilsinlər:

“Şöhrət” ordeni ilə

Hacıyev Əli Nəriman oğlu
Qasımov Ramil Famil oğlu

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Çebanu Yelena İvanovna

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Kamil Xidirilyasoviç
Əliyeva İradə Azad qızı
İbrahimov İbrahim Eldar oğlu
Mustafayev Bayram Bəxtiyar oğlu
Salei Dzmitry Sergeyeviç
Salei Raman Sergeyeviç
Süleymanov Afiq Məmməd oğlu
Təhməzov Sergey Mehdiyeviç

“Tərəqqi” medalı ilə

Adıgözəlov Sabir Dadaş oğlu
Culfayev Alavərdi Abasoviç
Həşimov Oleq Qurbanoviç
Hüseynov Ceyhun Sanil oğlu
İbrahimov Hakim Elçin oğlu
Kirillov Fyodor Borisoviç
Məmmədov Rəşad Nizami oğlu
Səfərov Rövşən İlyas oğlu
Zeynalov Bəxtiyar Hacıbaba oğlu.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 sentyabr 2016-cı il.

Xəbər 1699 dəfə oxundu.