Futzal üzrə Azərbaycan millisi dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Azərbaycan milli komandası Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında dörddəbir final mərhələsinə yüksəlib.

Medellin şəhərindəki “Coliseo İvan de Bedout” İdman Kompleksində Tailand yığması ilə qarşılaşan millimiz 13:8 hesabı ilə qələbə qazanıb. Oyunun əsas vaxtı 7:7 hesabı ilə yekunlaşdığı üçün qalib əlavə vaxtda müəyyənləşib.

Millimiz dörddəbir final mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 25-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 26 sentyabr, saat 03:00) Cali şəhərindəki “Coliseo El Pueblo” İdman Kompleksində keçiriləcək.

Xəbər 793 dəfə oxundu.