Xocalı faciəsi Dubayda da anılacaq
Bu gün Azərbaycan və Sinqapur milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununda Xocalı faciəsinin qurbanları yad olunacaq. İdman.com.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki qarşılaşmaya millimiz qara sarğı ilə çıxacaq. Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar qarşılaşmadan əvvəl 1 dəqiqəlik sükut elan olunacaq.
Qeyd edək ki, “The Sevens” stadionunda baş tutacaq qarşılaşma saat 17:30-da başlayacaq.


Xəbər 906 dəfə oxundu.