UEFA-nın yeni prezidenti Bakıya gələcək
UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Bakıya gələcək.

Səfər “Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək Bakıda yeni loqonun təqdimat mərasimində iştirak məqsədilə gerçəkləşəcək.

Qitə futbol qurumunun rəsmilərini Azərbaycan paytaxtına AFFA-nın prezidenti Rövnəq Abdullayev dəvət edib. Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Qeyd dək ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.

Xəbər 683 dəfə oxundu.