Qəbələnin rəqibi xal itirdi
Futbol üzrə Fransa çempionatında 6-cı turun oyunları keçirilib. Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Nant" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.

Qeyd edək ki, "Sent-Etyen" 9 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər 641 dəfə oxundu.