Azərbaycan şahmatçılarına yeni beynəlxalq idman rütbələri verilib
FİDE-nin 87-ci Konqresində FİDE-nin yeni titulları verilib. Xatırladaq ki, FİDE-nin 87-ci Konqresinin iclasları Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadası günlərində keçirilib.

FİDE-nin fəxri adlarına layiq görülənlər arasında Azərbaycanın aşağıda göstərilən nümayəndələri də var:

Nail Bəşirli və Günay Məmmədzadəyə (reytinq göstəricisi zəruri həddə çatmaq şərti ilə) beynəlxalq usta adı, Elvin Hüseynov, Hüseyn Tağıyev, Lana Əfəndiyeva, Gülnarə Süleymanova və İlahə Qədimovaya beynəlxalq usta adı, Murad İsgəndərli, Vitali Sapronov və Vüqar Səfərliyə beynəlxalq təşkilatçı adı verilib.

Xəbər 687 dəfə oxundu.