Slovakiyanın Bratislaviya şəhərində Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclasında Çingiz Hüseynzadə iştirak edəcək
23 sentyabr 2016-cı il tarixlərində Slovakiyanın Bratislaviya şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti və AOK-nin İcraiyyə Şurasının üzvü Çingiz Hüseynzadə iştirak edəcəkdir.

İcraiyyə Komitəsinin iclası çərçivəsində adı çəkilən təşkilatın baş katibi və xəzinədar tərəfindən haqqında hesabat çıxışları ediləcəkdir. Tədbir çərçivəsində komissiyaların keçirilməsi nəzərdə tutulur.

Əlavə olaraq, Avropa Oyunları və Yeniyetmələrin Avropa Olimpiya Festivalının hesabat çıxışı gündəlikdə olan məsələlər sırasındadır. 129-cu Beynəlxalq Olimpiya Komitəsinin seminarı və Rio 2016 Yay Olimpiya Oyunları müzakirə olunacaqdır.

Xəbər 1325 dəfə oxundu.