Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandasının üzvlərini təltif edib
Sentyabrın 21-də Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən iki nəfər “Şöhrət” ordeni, bir nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, səkkiz nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, doqquz nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycan Milli Paralimpiya komandasının üzvü İlham Zəkiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

İdmançılar və onların məşqçiləri bu mükafatlara XV Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə layiq görülüblər.

Xəbər 2120 dəfə oxundu.