AFFA-nın baş katibi “Avro-2020”nin loqosunun Londonda təqdimat mərasimində iştirak edəcək
Sentyabrın 21-də İngiltərə Futbol Assosiasiyasının təşkilatçılığı ilə “Avro-2020”nin ev sahibi şəhərlərdən biri olan Londonun loqosunun təqdimat mərasimi keçiriləcək.

Mərasimdə baş katib Elxan Məmmədov da iştirak edəcək.

İngiltərə Futbol Assosiasiyasının dəvəti əsasında AFFA rəsmisi Londona yollanıb.

Qeyd edək ki, Londonda “Avro-2020”nin yarımfinal oyunları və final qarşılaşması keçiriləcək.

Xəbər 680 dəfə oxundu.