Meksika klubu Kroyfun təcrübəsindən yararlanacaq
Dünya futbolunun əfsanələrindən olan niderlandlı Yohan Kroyf bundan sonra Meksikada çalışacaq. İdman.com.az saytının məlumatına görə, Amsterdamın “Ayaks” klubun idarəçiliyindən ayrılan mütəxəssis, “Çivas Quadalajara”da məsləhətçi vəzifəsini icra edəcək.

2006-cı ildən çempionluğa həsrət qalan Kroyfun yeni komandası son 13 oyunda qələbə qazana bilməyib. “Çivas Quadalajara” rəsmiləri hollandiyalının rəhbərliyi ilə acınacaqlı durumdan çıxacaqlarına inandıqlarını deyiblər.
Qeyd edək ki, Kroyfun Meksika klubu ilə yanaşı, keçmiş komandası “Ayaks”a da qeyri-rəsmi məsləhətçilik edəcəyi gözlənilir.

Xəbər 919 dəfə oxundu.