Futzal üzrə dünya çempionatında ilk 1/4 finalçılar müəyyənləşib
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında ilk dörddəbir finalçılar müəyyənləşib.

Bunlar Paraqvay və Rusiya yığma komandalarıdır.

Paraqvay səkkizdəbir finalda penaltilər seriyasında təşkilatçı ölkənin millisinə qalib gəlib- 3:2. Növbəti mərhələdə rəqib Braziliya - İran görüşünün qalibi olacaq.

Rusiya isə Vyetnamı böyük hesabla məğlub edib - 7:0. Qonşu ölkə yığması dörddəbir finalda İspaniya - Qazaxıstan matçının qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, digər səkkizdəbir final görüşlərində Argentina Ukrayna, İtaliya Misir, Portuqaliya Kosta-Rika, Azərbaycan isə Tailandla üz-üzə gələcək.

Xəbər 770 dəfə oxundu.