Azərbaycan yığması Riqaya dəvət olundu
Azərbaycanın veteran futbolçulardan ibarət yığması Latviyada keçiriləcək beynəlxalq turnirə dəvət alıblar. Sözügedən turnir 23-26 sentyabrda Riqada baş tutacaq.

Turnirdə Azərbaycan yığması ilə yanaşı, Litva, Estoniya, Xorvatiya və Latviyadan olan veteranlar da iştirak edəcəklər. Turnir dairəvi sistem üzrə keçiriləcək.

Yığmamız bu turnirə aşağıdakı heyətlə yollanır: Rüstəm Rəhimov, Arif Əsədov, Elmir Xankişiyev, Oqtay Abdullayev, Musa Qurbanov, Bəhram Qurbanov, Hüseyn Məhəmmədov, Vadim Vasilyev, Təbriz Həsənov, Nadir Əliyev.

Xəbər 793 dəfə oxundu.