Pauerliftinq və bençpress üzrə Bakı çempionatının qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Məktəbinin zalında pauerliftinq və bençpress üzrə Bakı çempionatı keçirilib.

Yarışda 5 klubdan 81 atlet 12 çəki dərəcəsində mübarizə aparıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Elçin Babayev (52 kq), Elşən Eminov (56 kq), İlkin Əhmədov (60 kq), Əhməd Əmirov (67 kq), Vüqar Əhmədov (75 kq), Bayram Əliyev (82,5 kq), Zaur Nadirov (90 kq), Kənan Mustafayev (100 kq), Elçin Məmmədov (110 kq), Fuad Fərzəliyev (125 kq), Şahin Eyvazov (140 kq) və Vasif Quliyev (140 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 1156 dəfə oxundu.