İtaliya A seriyasında iştirak edəcək klubların sayı azaldıla bilər
İtaliya A seriyasında iştirak edəcək futbol klublarının sayı azaldıla bilər.

Bu barədə İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio məlumat verib.

O deyib ki, yüksək liqada oynayan klubların sayı 20-dən 18-ə endirilə bilər: “Bu, baş verəcəyi təqdirdə, çempionatın səviyyəsi artacaq. Yaxın günlərdə bununla bağlı müzakirələrimiz olacaq. Bu dəyişikliyi qarşıdakı 4-5 il ərzində həyata keçirmək lazımdır”.

Xəbər 792 dəfə oxundu.