İdman, gənclər və social təminat sahələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
İdman, gənclər və sosial təminat müəssisə və təşkilatlarında çalışan işçilərə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşən idman, gənclər və sosial təminat müəssisə və təşkilatlarında çalışan işçilərin vahid tarif cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2003-cü il iyulun 1-dən 50 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2003-cü il.


Xəbər 1252 dəfə oxundu.