Bakının “Azərreyl” klubu daha bir voleybolçu ilə müqaviləni yeniləyib
Bakının “Azərreyl” klubu daha bir voleybolçu ilə müqaviləni yeniləyib.

Valeriya Məmmədova ilə razılaşmanın müddətini artırıb. Voleybolçu 2016/2017-ci il mövsümündə də “Azərreyl”in uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Azərreyl” V.Məmmədovayadək “Azəryol”un voleybolçularını transfer edib. Ayşən Abduləzimova, Ceyran Əliyeva və Aynur Kərimova yeni mövsümdə bu komandanın heyətində çıxış edəcəklər.

Komanda rəhbərliyi baş məşqçi postunu da Famil Ağayevə həvalə edib.

Xəbər 774 dəfə oxundu.