Azərbaycan gimnastları Olimpiya çempionu Yevgeni Podqornının mükafatları uğrunda mübarizə aparacaqlar
Sentyabrın 21-dən 24-dək Novosibirskdə idman gimnastikası üzrə Olimpiya çempionu Yevgeni Podqornının mükafatları uğrunda 11-ci Ümumrusiya turniri keçiriləcək.

Builki turnirə Rusiyanın demək olar ki, bütün regionlarında, habelə Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər xarici ölkələrin ən güclü gimnastları gələcək. Çin komandası bu turnirdə ilk dəfə iştirak edəcək.

Yarışların baş hakimi rusiyalı gimnast, idman gimnastikası üzrə Rusiya yığma komandasının kapitanı Emin Qəribovdur.

Ustalıq turniri statusuna malik olan bu turnirin yekunlarına əsasən gimnastlar idman dərəcələri ala bilər. Ümumrusiya idman təqvimində möhkəm yer tutmuş bu yarışlar ölkədə idman gimnastikası üzrə ən iri turnirlərdən biridir.

Xəbər 677 dəfə oxundu.