Növbəti lisenziya xalları ardınca
Sabah cüdoçular arasında dünya kubokuna start veriləcək. İdman.com.az saytının məlumatına görə, Çex Respublikası paytaxtı Praqada təşkil olunacaq kişi idmançıların yarışında ölkəmiz 2 cüdoçu ilə təmsil olunacaq. Bunlar Orxan Səfərov (60 kq) və Elmar Qasımovdur (100 kq).
Qadınlar arasında Polşanın paytaxtı Varşavada keçiriləcək həmin rəqabətdə millimizindən yalnız Turanə Seydi (52) çıxış edəcək.
Qeyd edək ki, hər 2 yarış 2 gün davam edəcək.

Xəbər 1246 dəfə oxundu.