Azərbaycanın U-19 komandası İspaniya millisi ilə qarşılaşıb
Futbol üzrə 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması sentyabrın 16-da ikinci oyununu keçirib.

Yığmamız Bakı Olimpiya Stadionunda İspaniya komandası ilə qarşılaşıb. Qarşılaşma 7:0 hesabı ilə ispaniyalı futbolçuların xeyrinə başa çatıb.

Sentyabrın 20-də, saat 19:00-da yığmamız seçmə mərhələdəki son oyununda Latviya komandası ilə qarşılaşacaq.

Xəbər 807 dəfə oxundu.