“Rio-2016”: Ukrayna futbolçuları çempion olublar
Rio-de-Janeyroda keçirilən Paralimpiya Oyunlarında futbol turnirinin qalibi (7x7) müəyyənləşib.

Ukrayna yığması Paralimpiadada çempion olmağı bacarıb. Ukraynalılar finalda İran millisini məğlub ediblər - 2:1.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtın ilk hissəsində Ukrayna qələbə qolunu vura bilib. Bununla da Ukrayna Paralimpiya oyunlarının üçqat qalibi olub. Bu da rekord göstərici sayılır. Ukrayna Paralimpiya Oyunlarında iki dəfə də gümüş medal qazanıb.

“Rio-2016”nın bürünc medal sahibi isə Braziliya yığması olub.

Xəbər 1626 dəfə oxundu.