Qara Qarayev: Qarabağ bu mövsüm ən zəif oyunlarından birini keçirdi
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. O, 2:2 hesablı heç-heçəni belə şərh edib:

"Şadam ki, qrup mərhələsinin ilk oyununda bir xal qazana bildik. Uduza da bilərdik. Sonadək oynadıq və heç-heçəyə nail olduq. Etiraf edim ki, bu mövsüm ən zəif oyunlarımızdan birini keçirdik. Rəqib qol vurmaq üçün xüsusi heç nə etmədi. Buraxdığımız qollar da daha çox bəxtsizliyin nəticəsi idi. Yeri gəlmişkən, qazon o qədər də yaxşı deyildi. Təəssüf ki, "Dalğa Arena" az azarkeş tutumuna malik olsa da, yenə də tribunada boş yerlər var idi. Tofiq Bəhramov adına Respublika stadionunda oynasaydıq, azarkeşlərimizin sayı daha çox olardı".

Xəbər 820 dəfə oxundu.