Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında əlil arabasında tennisdə kişilər arasında cütlüklərin yarışında qalib müəyyənləşib.

Bürünc medal uğrunda görüşdə yaponiyalı idmançılar üz-üzə gəliblər. Satoşi Saida – Şinqo Kunieda cütlüyü Takaşi Sanada – Takuya Mıkıya 6:3, 6:4 (2:0) hesabı ilə qalib gələrək Paralimpiya Oyunlarını üçüncü pillədə başa vurublar.

Həlledici görüşdə Böyük Britaniya təmsilçiləri Alfie Hevett – Qordon Ried fransalı cütlük Stefan Houdet – Nikolas Peifer ilə üz-üzə gəliblər. Rəqibini 6:2, 4:6, 6:1 (2:1) hesabı ilə məğlub edən Fransa tennisçiləri Rio Paralimpiadasının qızıl medalına sahib olublar.

Xəbər 1733 dəfə oxundu.