Nazir Azad Rəhimov İsmayıllıda vətəndaşlarla görüşüb
Bu gün Gənclər və idman naziri Azad Rəhimov Balakən, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala və İsmayıllı rayonundan olan vətəndaşları qəbul edib. 25-ə yaxın vətəndaşın iştirak etdiyi qəbul saat 11.00-da İsmayıllı rayon Heydər Əliyev Mərkəzində baş tutub.

Müraciətlər gənclər, idman sahələri, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi, iş ilə təminat və sahələrini əhatə edib.

Gənclər sahəsi üzrə edilən müraciətlər sırasına Qeyri Hökumət Gənclər Təşkilatlarının (QHT) yaradılması, gənclər sahələrini əhatə edən layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq səviyyəli tədbirlərdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin tikintisi və fəaliyyət göstərən mərkəzlərin müvafiq avadanlıqlarla təmin edilməsi və s ilə bağlı olub.

İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, bir sıra idman məktəblərində təmir işlərinin aparılması, Olimpiya İdman Komplesklərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması və s idman sahəsində edilən müraciətlər olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Xəbər 1235 dəfə oxundu.