Azərbaycan idmançıları kombat döyüş növləri üzrə dünya çempionatında uğurla çıxış ediblər
Almaniyanın Bad Kissingen şəhərində kombat döyüş növləri üzrə üçüncü dünya çempionatı sona çatıb.

“Neftçi İdman Klubu”nun dörd idmançısı baş məşqçi Rafət Əsədovun rəhbərliyi altında yarışda ölkəmizi təmsil edib. İdmançılarla yanaşı məşqçi özü də çempionatda fərqlənib. Belə ki, məşqçi Rafət Əsədov K-1 versiyasında Hindistan və Almaniya idmançılarını məğlub edərək fəxri kürsünün yüksək pilləsinə qalxıb. Peşəkar kəmər uğrunda döyüşdə isə Tailand idmançısını məğlub edən R.Əsədov dünya kəmərinə də sahib çıxıb.

Klubun üzvü Samir Salmanov peşəkar döyüşdə italiyalı rəqibini məğlub edərək kəməri belinə taxmağa müvəffəq olub. Kikboksinq yarışlarında Tural Cavadov ikinci, Vüqar İmanov isə üçüncü yerlə kifayətlənib.

Xəbər 1231 dəfə oxundu.