Amil Həmzayev Azərbaycanı Red Bull King of the Rock 2016 yarışmasının Dünya Finalında təmsil edəcək
Red Bull King of the Rock 2016 yarışmasının milli finalın qalibi Amil Həmzayev Serbiyanın Belqrad şəhərinə Azərbaycanı Dünya Finalında təmsil etməyə yola düşüb.

Milli finalın hesabat videosunu izləmək üçün keçid – https://www.youtube.com/watch?v=SQ9dTUrZamk

Amilnən bərabər dünya finalında dünyanın 19 ölkəsinin nümayəndələri iştirak edəcək: Azərbaycan, Anqola, Arqentina, Bosniya və Herzeqovina, Qazaxıstan, Hollandiya, Küveyt, Livan, Litva, Moldova, Monteneqro, Polşa, Rumıniya, Rusiya, Serbiya, Tayvan, Türkiyə, Cənubi Afrika və Estoniya.

Sabah Belqradda həmyerlimiz hansı nəticəyə nail olacağını bilmək üçün, tədbirin veb səhifəsini izləyin - http://win.gs/2cciCf7.

Red Bull King of the Rock –"Təkbətək" formatında unikal küçə basketbol yarışmasıdır və 2013-cü ildən ölkənin ən güclü stritbolçunu müəyyən edir. Bu il yarışma Bakı Bulvardakı keçmiş ictimai basketbol meydançasında keçirilib və gərgin mübarizədə Amil Həmzayev qalib gəlib.

Red Bull King of the Rock tarixi 2010-cu ildə başlanır, nə vaxt ki, məhbusların 50 il əvvəl tərk edən, kədərli məşhur olan Alkatras həbsxananın həyətində birinci idman tədbiri keçirilib. Azərbaycan ilk dəfə 2013-cü ildə turnirin dünya finalında iştirak etdi və ölkəmizi təmsil edən Amil Həmzayev San Fransiskoda bütün dünyadan küçə basketbolunun 64 ən güclü oyunçusu ilə mübarizə aparırdı. 2014-cü ildə yarış Tayvandə Samasana adlı bağlı adada yerləşən atılmış həbsxanada keçirilib və Azərbaycanı Zaur Paşayev təmsil edib.

Xəbər 659 dəfə oxundu.