Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar
Rio-de-Janeyroda təşkil olunan XV Yay Paralimpiya Oyunlarında əlil arabasında qılıncoynatmada şpaqa üzrə komanda yarışlarına yekun vurulub.

Kişilərin yarışında bürünc medal uğrunda görüşdə Polşa millisi Yunanıstan yığması ilə qarşılaşıb. Rəqibini 45:29 hesabı ilə məğlub edən Polşa turnirin bürünc medalına sahib olub.

Qızıl medal uğrunda görüşdə Fransa və Çin qılıncoynadanları üz-üzə gəliblər. Görüş 41:41 hesabı ilə başa çatsa da, əlavə göstəricilərə görə, Fransa millisi “Rio-2016”nın qalibi olub.

Qadınların mübarizəsində üçüncü yer uğrunda qarşılaşmada Macarıstan millisi Polşanı 45:44 hesabı ilə məğlub edib. Həlledici görüşdə isə Çin millisi Honk Konqa 45:35 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 1559 dəfə oxundu.