Futzal üzrə Azərbaycan millisi İspaniya yığması ilə qarşılaşıb
Futzal üzrə dünya çempionatının final mərhələsində Azərbaycan milli komandası ikinci oyununu keçirib.

Millimiz Kolumbiyanın Medellin şəhərindəki “Coliseo İvan de Bedout” İdman Kompleksində İspaniya yığması ilə qarşılaşıb. Qarşılaşma 4:2 hesabı ilə ispaniyalı futzalçıların xeyrinə yekunlaşıb.

Komandamız turnirdə keçirdiyi ilk oyunda Mərakeş yığmasına 5:0 hesabı ilə qalib gəlmişdi.

Millimiz dünya çempionatında növbəti oyununu sentyabrın 18-də, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 19 sentyabr, saat 03:00) Medellin şəhərindəki “Coliseo İvan de Bedout” İdman Kompleksində İran yığmasına qarşı keçirəcək.

Xəbər 786 dəfə oxundu.