“Telekom” daha bir voleybolçusu ilə müqaviləni yeniləyib
“Telekom” klubu daha bir voleybolçusu ilə müqavilənin müddətini uzadıb.

Bakı təmsilçisi Serbiya millisinin 29 yaşlı blokçusu Aleksandra Petroviçi heyətində saxlayıb.

Bu ilin fevralında Xristina Rusevanın zədələnməsindən sonra komandaya cəlb edilən voleybolçu daha 1 il Azərbaycan Super Liqasının gümüş medalçısının şərəfini qoruyacaq.

Qeyd edək ki, “Telekom” A.Petroviçdən əvvəl millimizin sabiq üzvü Ülkər Kərimova, serbiyalı Sladyana Mirkoviçi transfer edib, bolqarıstanlı Mariya Filipova və Qabriela Koyeva, monteneqrolu Kseniya İvanoviç ilə müqavilənin müddətini artırıb. Həmçinin Yana Əzimovanı “Lokomotiv”də icarədən qaytaran Bakı təmsilçisi Yelizaveta Səmədova, Marqarita Əzizova və Olena Həsənova ilə də yollarına davam edir.

Xəbər 705 dəfə oxundu.