İspaniya millisi Bakıda Latviya yığmasının qapısından 18 cavabsız top keçirib | |
Sentyabrın 15-də Bakıda futbol üzrə 19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 8-ci qrupunun oyunlarına start verilib. Bakı Olimpiya Stadionunda İspaniya millisi Latviya yığması ilə qarşılaşıb. Kiprli baş hakim Çiriso Georgiounun idarə etdiyi oyunda İspaniya millisi 18:0 hesablı qələbə qazanıb. Qrupda yer alan Azərbaycan millisi saat 19:00-da Ukrayna komandası ilə üz-üzə gələcək. |
|
Xəbər 639 dəfə oxundu. |
|
|