“Beşikdaş” Avroliqada mübarizəni davam etdirir
Dünən Avroliqada 1/16 final mərhələsinin cavab oyunları başa çatıb. İdman.com.az saytının məlumatına görə, turnirin son qalibi “Portu”ya hər 2 matçda qalib gəlmiş “Mançester Siti”nin ardınca, 1/8 finala çıxacaq 15 komandanın adına aydınlıq gəlib.

Növbəti mərhələyə adlamış klublar arasında Azərbaycan azarkeşlərinə yaxın sayılan “Beşikdaş” da olub. “Ağ-qaralar” 2 görüşün nəticəsinə görə son finalçı “Braqa”nı sıradan çıxarıb.

Türkiyənin digər təmsilçisi “Trabzonspor” Çempionlar Liqasının ardınca, bu turnirdə də çıxışını dayandırıb. Qara dənizlilər PSV-yə evdəki 1:2 hesablı məğlubiyyətinin əvəzini Niderlandda çıxa bilməyiblər.

“Beşikdaş”ın növbəti mərhələdə rəqibi məlumdur. Bu, Türkiyə yığmasının futbolçusu Arda Turanın formasını geydiyi “Atletiko”dur. Madrid təmsilçisi “Latsio”nu mübarizədən kənarlaşdırıb.

Avroliqa. 1/16 final mərhələsinin cavab oyunları
22 fevral

“Mançester Siti” (İngiltərə) – “Portu” (Portuqaliya) - 4:0
İlk oyun – 2:1

23 fevral

“Şalke-04” (Almaniya) – “Viktoriya” (Polşa) - 1:1 (Əlavə vaxtda 3:1)
İlk oyun – 1:1

“Beşikdaş” (Türkiyə) – “Braqa” (Portuqaliya) - 0:1
İlk oyun – 2:0

“Sportinq” (Portuqaliya) – “Legiya” (Polşa) - 1:0
İlk oyun – 2:2

“Metallist” (Ukrayna) – “Zalsburq” (Avstriya) - 4:1
İlk oyun – 4:0

“Olimpiakos” (Yunanıstan) – “Rubin” (Rusiya) - 1:0
İlk oyun – 1:0

“Anderlext” (Belçika) – “Alkmaar” (Niderland) - 0:1
İlk oyun – 0:1

“Atletiko” (İspaniya) – “Latsio” (İtaliya) - 1:0
İlk oyun – 3:1

“Mançester Yunayted” (İngiltərə) – “Ayaks” (Niderland) - 1:2
İlk oyun – 2:0

“Valensiya” (İspaniya) – “Stok Siti” (İngiltərə) - 1:0
İlk oyun – 1:0

“Atletik” (İspaniya) – “Lokomotiv” (Rusiya) - 1:0
İlk oyun – 1:2

“Tvente” (Niderland) – “Styaua” (Rumıniya) - 1:0
İlk oyun – 1:0

PAOK (Yunanıstan) – “Udineze” (İtaliya) - 0:3
İlk oyun – 0:0

PSV (Niderland) – “Trabzonspor” (Türkiyə) - 4:1
İlk oyun – 2:1

“Brügge” (Belçika) – “Hannover-96” (Almaniya) - 0:1
İlk oyun – 1:2

“Standard” (Belçika) – “Visla” (Polşa) - 0:0
İlk oyun – 1:1

Xəbər 940 dəfə oxundu.