UEFA Avropa Liqası: “Qarabağ” klubu bu gün “Slovan”ı qəbul edəcək
UEFA Avropa Liqası turnirinin qrup mərhələsində Ağdamın “Qarabağ” futbol klubu bu gün ilk oyununu keçirəcək.

“Qarabağ” komandası “Dalğa Arena”da Çexiyanın “Slovan” klubu qəbul edəcək.

Matçın baş hakimi isveçrəli Stefan Klossner olacaq. Ona həmyerliləri Raffael Zeder və Jean-Yves kömək edəcəklər. Alain Bieri və Saşa Amhof əlavə köməkçi hakimlər olacaq. Dördüncü hakim funksiyasını Johannes Vogel yerinə yetirəcək.

Hakimlərin işinə moldovalı Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə bolqarıstanlı Pavel Kolev olacaq.

Qeyd edək ki, “Qarabağ”-“Slovan” matçı saat 19:00-da start götürəcək.

Xəbər 818 dəfə oxundu.