Çebanu dördüncü medalını qazana bilər
Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunları davam edir.

Bu gün Azərbaycan yığmasının üzvü Yelena Çebanu növbəti sınağına çıxır.

O, 400 metr məsafəyə qaçış yarışlarında iştirak edəcək.

Qeyd edək ki, Çebanu Rioda artıq üç medal qazanıb. O, 100 məsafəyə qaçış üzvə və uzunluğa tullanmada gümüş, 200 məsafəyə qaçış yarışlarında isə bürünc medala yiyələnib.

Xəbər 1450 dəfə oxundu.